Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında müəlliflik hüququ ilə qorunan məlmuat topluları qeydiyyatdan keçirilir və onlara nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2005-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında Şəhadətnamə verilir.
Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunun 12.1-ci maddəsi;
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli 140 nömrəli Fərmanın 2.2-ci bəndi;
Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamənin' 7.8 və 8.22-ci bəndləri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2005-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları'.