Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında müəlliflik hüququ ilə qorunan məlmuat Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında müəlliflərə və müəlliflik hüququnun digər sahiblərinə məxsus müəlliflik hüququ obyektləri qeydiyyatdan keçirilir və onlara nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında Şəhadətnamə verilir.
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 8-ci maddəsinin 4 və 5-ci hissələri;
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli 438 nömrəli Sərəncamının 2-ci bəndi;
Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamənin' 7.8 və 8.22-ci bəndləri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarı ilə;
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi üzrə 2000-ci il 3 may tarixli 25 nömrəli əmrlə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2000-ci il 8 may tarixdə 1145 nömrə ilə qeydiyyata alınmış “Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”.