Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

İNTERAKTİV XİDMƏTLƏR:
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən göstərilən elektron XİDMƏTLƏR "Dövlət orqanlarının elektron XİDMƏTLƏR göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına əsasən və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron XİDMƏTLƏR göstərilməsi qaydalarının və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Təqdim olunan elektron XİDMƏTLƏRlə bağlı müraciətlər, ərizələr və sənədlər mha@copag.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul olunur və müvafiq qaydada icra edilir.
İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı
Xidmətin təsviri

Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında İnteqral sxem topologiyaları dövlət qeydiyyatından keçirilir və onlara nümunəsi Respublikası Nazirlər Kabinetinin 13 mart 2003-cü il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında Şəhadətnamə verilir.

Xidmətin göstərilməsinin hüquqi əsası

'İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanunun 11.1-ci maddəsi;

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2002-ci il tarixli 814 nömrəli Fərmanının 2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;

'İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2003-cü il tarixli 36 nömrəli Qərarı ilə”.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi üzrə 2004-cü il 12 may tarixli 47 nömrəli əmrlə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2004-cü il 17 may tarixdə 3056 nömrə ilə qeydiyyata alınmış 'İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair Təlimat”.

İnzibatı reqlament