Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları qeydiyyatdan keçirilir və onlara nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2005-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında Şəhadətnamə verilir.
'Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunun 12.1-ci maddəsi;
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli 140 nömrəli Fərmanının 2.2-ci bəndi;
Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2005-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”.