Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında əlaqəli hüquqların sahiblərinə məxsus əlaqəli hüquqlar obyektləri qeydiyyatdan keçirilir və onlara nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2008-ci il tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında Şəhadətnamə verilir.
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32-ci maddəsinin 5-ci hissəsi;
Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-cı il tarixli 759 nömrəli Fərmanının 2-ci bəndi;
Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamənin' 7.8 və 8.22-ci bəndləri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 'Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə' 21 iyul 2008-ci il tarixli 164 nömrəli Qərarı ilə.