Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

İNTERAKTİV XİDMƏTLƏR:
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən göstərilən elektron XİDMƏTLƏR "Dövlət orqanlarının elektron XİDMƏTLƏR göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına əsasən və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron XİDMƏTLƏR göstərilməsi qaydalarının və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Təqdim olunan elektron XİDMƏTLƏRlə bağlı müraciətlər, ərizələr və sənədlər mha@copag.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul olunur və müvafiq qaydada icra edilir.
Əlaqəli hüquqlar obyektinin qeydiyyatı
Xidmətin təsviri

Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında əlaqəli hüquqların sahiblərinə məxsus əlaqəli hüquqlar obyektləri qeydiyyatdan keçirilir və onlara nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2008-ci il tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında Şəhadətnamə verilir.

Xidmətin göstərilməsinin hüquqi əsası

€œMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32-ci maddəsinin 5-ci hissəsi;

Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-cı il tarixli 759 nömrəli Fərmanının 2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş '€œAzərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə€nin' 7.8 və 8.22-ci bəndləri;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin '€œƏlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə'€ 21 iyul 2008-ci il tarixli 164 nömrəli Qərarı ilə.

İnzibatı reqlament